Ankara məhkəməsi Ərdoğana `yox` dedi

Ankara məhkəməsi  Ərdoğana `yox` dedi
  22 Yanvar 2016    Oxunub:1956
Ankara məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı irəli sürdüyü iddiasını təmin etməyib.
APA-nın “Hurriyet”e istinadən verdiyi xəbərə görə, təmin edilməyən iddia 2014-cü ilin fevralında Kamal Kılıçdaroğlunun Ərdoğan barəsində səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı olub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq dəymiş mənəvi zərərə görə 200 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.


Teqlər:





Xəbər lenti