İran neftin bahalaşmasına imkan verməyəcək - BP rəhbəri

İran neftin bahalaşmasına imkan verməyəcək  - BP rəhbəri
  22 Yanvar 2016    Oxunub:3535
Avropanın ikinci ən böyük neft-qaz kompaniyası olan bp şirkətinin başçısı Robert Dadli yaxın 6 ayda da neft qiymətinə təzyiqlərin davam edəcəyini bildirib.
R.Dadlinin fikrincə, İranın ixrac həcmini artırmağa çalışması yaxın yarım ildə neft qiymətlərinin bərpa olmasına imkan verməyəcək.

“Birinci və ikinci rüb çox ağır keçəcək. Bu, neft hasilatçısı olan ölkələr üçün ciddi şokdur. Hazırkı vəziyyət mənə 1986-cı ili xatırladır”, - deyə Dadli Davosda keçirilən iqtisadi forumun kuluarlarında qeyd edib.

R.Dadli vurğulayıb ki, neft bazarında balansın bərpa olunması 2016-cı ilin sonunda investisiyaların ixtisarı nəticəsində neft hasilatının azalmasından sonra başlayacaq. (Azərtac)


Teqlər:





Xəbər lenti