`Neft 24 dollar olsa...` - Azərbaycanlı milyarder

`Neft 24 dollar olsa...` - Azərbaycanlı milyarder
  21 Yanvar 2016    Oxunub:10595
Bir barel üçün neft qiymətləri 24 dollardan aşağı düşərsə, Rusiyada neft emalı sahəsində əksər layihələr bağlana bilər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Hesab edirəm ki, bizim üçün ən məqbul qiymət bir barel neft üçün 24 dollardır. Analitiklərin fikrincə, bu qiymətdən daha aşağı səviyyədə bir çox layihələr, hətta hazırda fəaliyyət göstərən layihələr belə dayandırılacaq”, - deyə Ələkbərov vurğulayıb.

Daha əvvəl Ələkbərov qeyd edib ki, böhran zamanı inqilab, islahat və vergi dəyişiklikləri etmək lazım deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti