Məşhur bankir öldü

Məşhur bankir öldü
  21 Yanvar 2016    Oxunub:5032
Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç 56 yaşında ürək tutmasından vəfat edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, `Ulusoy Holdinq`in İdarə Heyətinin sədri Yılmaz Ulusoy Amerika Xəstəxanasının çıxışında açıqlama verərək bildirib ki, `Koç Holdinq`in idarə heyətinin sədri Mustafa Koç infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, bu gün səhər İstanbulda idmanla məşğul olarkən M. Koçun vəziyyəti pisləşib. O, təcili şəkildə ilk olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılıb. Bir az sonra iş adamı helikopterlə özəl Amerikan Xəstəxanasına köçülürüb. Lakin həkimlərin səylərinə baxmayaraq, M. Koç yerli vaxtla saat 11.30-da ölüb.

M. Koç 1960-cı ildə Ankarada doğulub. Məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur. İsveçrə və ABŞ-da təhsil alıb və Koç qrupunda 1984-cü ildən çalışmağa başlayıb. 2003-cü ildən bəri "Koç Holding"in rəhbəri idi.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti