Rusiyada dollar sürətlə bahalaşır - Növbəti rekord (YENİLƏNİB)

Rusiyada dollar sürətlə bahalaşır - Növbəti rekord (YENİLƏNİB)
  21 Yanvar 2016    Oxunub:19838
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda məzənnə ötən günə nisbətən 1.45 rubl bahalaşıb.

Rusiyada bir avro 1,77 rubl bahalaşaraq 90,42 rubla satılır.

Rublun belə sürətlə ucuzlaşmasına səbəb Qərbin İrana qarşı sanksiyaların ləğv etməsindən sonra neft qiymətlərinin kəskin aşağı düşməsidir.

Xatırladaq ki, 2014-cü il dekabrın 16-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib.

***
14:22

Moskva birjasında cümə axşamı dolların məzənnəsi 85 rubl göstəcisini keçərək tarixi maksimumu yeniləyib. Hazırda Rusiyada bir avro 93 rubla satılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti