Neft süddən iki dəfə ucuzdur

Neft süddən iki dəfə ucuzdur
  21 Yanvar 2016    Oxunub:3146
West Texas Intermediate (WTI) markalı neftin qiyməti ötən gün 2003-cü ilin mayından bəri ən aşağı göstəriciyə düşüb.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bununla da ABŞ neftinin qiyməti südə nisbətən iki dəfə aşağı düşüb.

Bir qallon WTI markalı neftin qiyməti (3,79 litr) Çikaqoda fyuçersi birjasında III növ südün bir qallonun yarısına bərabərdir. Bu göstərici 2004-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Ticarət əməliyyatlar zamanı WTI markalı neftin qiyməti 26,19 dollara çatıb ki, buda bir qallon neft üçün 62 sentə malikdir.
Süd fyuçersləri 100 funta görə 13,78 dollara satılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti