Nazarbayev parlamenti buraxdı

Nazarbayev parlamenti buraxdı
  21 Yanvar 2016    Oxunub:2405
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstan Respublikası Məclisinin beşinci çağırış deputatlarının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.
Məclisə növbədənkənar seçkilər 2016-cı il martın 20-nə təyin edilib.

Xatırladaq ki, Qazaxıstan parlamenti bu barədə ölkə prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlamışdı. Müraciətdə Məclis palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını xahiş etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti