Ermənistan məktəblərində yaz tətili ləğv edildi

Ermənistan məktəblərində yaz tətili ləğv edildi
  20 Yanvar 2016    Oxunub:2525
Ermənistan məktəblərində yaz tətilləri ləğv olunub.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistanın təhsil və elm naziri Armen Aşotyan bildirib.

“Şagirdlər üçün məcburi 10 günlük tətil əlavə problemlər yaratdı. Ona görə də yaz tətillərinin ləğv olunması barədə qərar qəbul edilib. O, ki qaldı yerdə qalan beş günə ya biz gündəlik dərs saatlarına daha bir saat dərs əlavə edəcəyik, ya da uşaqlar şənbə günü də təhsil alacaqlar”, - deyə Aşotyan vurğulayıb.

Qeyd edək ki, H1N1 virusu ilə əlaqədar tətilin müddəti daha iki həftə uzadılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti