Universitetdə ölü sayı 21-ə çatdı - (Yenilənib)

Universitetdə ölü sayı 21-ə çatdı - (Yenilənib)
  20 Yanvar 2016    Oxunub:3792
Pakistanda terrorçular universitetə hücum edib.
AzVision.az “DAWN”-a istinadən xəbər verir ki, hadisə Çarsadda şəhərində yaşanıb.

İlkin məlumatlara görə, terrorçular auditoriya və yataqxanaya daxil olaraq atəş açıb. Onların üç nəfər olduğu bildirilir.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Həmin universitetdə 3 minə yaxın tələbə təhsil alır.

Polis binada iki partlayışın olduğunu bildirir. Hadisə yerinə xilasedicilər və hərbçilər cəlb olunub.

***
10:46

Ən son yayılan məlumatlara görə hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.

***
12:40

Ən son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb. Xeyli sayda insanın yaralandığı bildirilir. Hadisə yerində xilasedicilər və hərbçilər işləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti