Neft 27 dollar oldu: Tarixi anti-rekord

Neft 27 dollar oldu: Tarixi anti-rekord
  18 Yanvar 2016    Oxunub:3845
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,5 dollar ucuzlaşaraq 27,96 dollar olub.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 18-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,3 dollar azalaraq 28,75 dollar təşkil edib.

Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti