Erməni memar Məkkədə İslam muzeyi tikəcək - FOTO (VİDEO)

Erməni memar Məkkədə İslam muzeyi tikəcək - FOTO (VİDEO)
  18 Yanvar 2016    Oxunub:10754
Erməni əsilli fransız memar, Britaniya Kral Memarlıq İnstitutunun üzvü Mişel Mosessyanın rəhbərlik etdiyi “Mossessian Architecture” memarlıq şirkəti Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslam dünyasının əsas muzeyinin tikintisi ilə bağlı tenderdə qalib gəlib.

Bu barədə AzVision.az Xarici KİV-ə istinadən xəbər verir.

Londonda yaşayan memarın sahib olduğu şirkət Məkkədə `İnam muzeyi` adlı kompleksini inşa edəcək. Muzeyin tikintisini bütün müsəlman dünyası səbirsizliklə gözləyir.

Muzey Məkkədən 7 kilometr aralıda tikiləcək və İslamın yaranmasını simvolizə edəcək.

`İnam muzeyi` 5600 kilometrlik ərazini əhatə edəcək. Muzeydə virtual məscid, audio-video zallar, 3D film nümayişi, həmçinin muzeyin damında bağlar da olacaq.

Məlumatda qeyd olunur ki, muzeyin əsas binasının tikilməsi üçün daşlar müsəlman ölkələrindən gətiriləcək.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti