`Putin davakar adamdır` –Klintondan etiraf
AzVision.az xəbər verir ki, Klinton Rusiya liderini davakar adam kimi xarakterizə edib.
“Mənim onunla münasibətlərim? Bu maraqlıdır. Biz bir-birimizlə çətinliklə danışırdıq. O, elə adamdır ki, yanında öz maraqlarını sonuna qədər müdafiə etmək lazımdır”, - deyə Klinton Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədlərin debatı zamanı qeyd edib.
Klinton hesab edir ki, ABŞ Avropa ölkələri ilə birgə hərəkət etməlidir. O, Krım və Donbasdakı hadisələrlə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə sevindiyini gizlətməyib.
“Biz birlikdə olmalı və Putinin Avropa və Yaxın Şərqdə daha aqressiv mövqe tutmağına mane olmalıyıq”.
Eldar Tanrıverdiyev
AzVision.az