Türkiyədə məktəblər bağlandı, uçuşlar dayandı

Türkiyədə məktəblər bağlandı, uçuşlar dayandı
  18 Yanvar 2016    Oxunub:2844
Yanvarın 17-də səhər saatlarından başlayaraq İstanbulda hava şəraiti kəskin pisləşib.
Yağan qar səbəbindən nəqliyyatın təhlükəsizliyi üçün şəhər valiliyi yanvarın 18-də orta məktəblərdə tətil elan edib.

Türk Hava Yolları isə gözlənilən tufanlı hava ilə əlaqədar olaraq yanvarın 19-da 69 xarici və daxili aviareysi ləğv edib.

Rəsmi məlumatda bildirilir ki, mürəkkəb hava şəhər təsərrüfatının idarə olunmasında, o cümlədən ictimai nəqliyyatın normal hərəkətində çətinliklər yaradacaq.


Teqlər:  





Xəbər lenti