Britaniyada Qarabağ müzakirəsi - Uorlik danışıqlara başladı

Britaniyada Qarabağ müzakirəsi - Uorlik danışıqlara başladı
  14 Yanvar 2016    Oxunub:2531
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Böyük Britaniya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması dair məsləhətləşmələr aparıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, Uorlik ATƏT-in Minsk qrupunun işini müzakirə etmək üçün Avropa məsələləri üzrə nazir Devid Lidinqtonla görüşüb.

C.Uorlik, həmçinin aralarında hökumət, qeyri-hökumət sektoru və elmi dairənin nümayəndələrinin olduğu region üzrə ekspertlərlə də dəyirmi masada iştirak edib.

Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə bağlı məsələlər Britaniya XİN direktoratlığının rəhbəri Maykl Tethemlə də müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti