Almaniya Ermənistanı `qara siyahı`ya salır

Almaniya Ermənistanı `qara siyahı`ya salır
  14 Yanvar 2016    Oxunub:3136
Almaniyanın Bavariya vilayətinin rəhbərliyi miqrantların qəbulu ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, vətəndaşların müraciətləri ləğv olunacaq ölkələr siyahısında Ermənistan da var.

Bavariyanın daxili işlər naziri Yohaim Herman hökumətin iclasında bəyan edib ki, perspektivsiz müraciətlərin ləğv olunmasında təhlükəsiz ölkələr konsepsiyasının tətbiqi olduqca rahatdır.

Məlumata əsasən, yeni siyahıda Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali, Monqolustan, Əlcəzair, Qambiya və Banqladeşin də adı var. Bu ölkə vətəndaşlarının müraciəti çox nadir hallarda Miqrasiya və Qaçqınlar üzrə Federal Xidmət tərəfindən müsbət cavablandırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti