İstanbuldakı dəhşətli terrorda erməni izi

İstanbuldakı dəhşətli terrorda erməni izi
  14 Yanvar 2016    Oxunub:3227
İstanbulun Sultanəhməd meydanında törədilən dəhşətli terrorda erməni izi ortaya çıxıb

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terroru törədən Nabil Fadlinin anasının erməni olduğu məlum olub.

1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olan N.Fadlinin anası Brijit Suriya ermənisidir. O, öncə xristian olub, Abdülatif (Nabil Fadlinin atası) ilə evləndikdən sonra müsəlmanlığı qəbul edib.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda baş verən terror nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Nabil Fadlinin İŞİD üzvü olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti