SOCAR Gürcüstanla razılaşdı - Qazın həcmi artırılacaq

SOCAR Gürcüstanla razılaşdı - Qazın həcmi artırılacaq
  14 Yanvar 2016    Oxunub:2663
Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 milyon kubmetrdən 7 milyon kubmetrə qədər artıracaq.
AzVision.az "İnterfax"-a istinadən verdiyi xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Enegy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktor bildirib ki, dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı bununla bağlı razılıq əldə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti