İstanbuldakı terrora görə daha 4 nəfər tutulub

İstanbuldakı terrora görə daha 4 nəfər tutulub
  14 Yanvar 2016    Oxunub:1724
İstanbulda Sultanahmet meydanında baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib.

“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”.

Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Terror aktını 28 yaşlı Suriya vətəndaşı Nabil Fadlı adlı terrorçunun törətdiyi müəyyən edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti