Sabah neft kəskin ucuzlaşacaq

Sabah neft kəskin ucuzlaşacaq
  14 Yanvar 2016    Oxunub:4593
İran rəhbərliyi sabah ölkənin nüvə proqramı ilə əlaqədar götürdüyü öhdəlikləri tam yerinə yetirdiyinə dair hesabatı MAQATE-yə təqdim edəcək.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Ərəqçi bildirib.

Onun sözlərinə görə, yanvarın 16 və ya 17-ində İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və Aİ-nin xarici əlaqələr üzrə avrokomissarı Federika Moqerini sanksiyaların götürülməsini rəsmən bəyan edəcək.

Məlumatda qeyd olunur ki, sanksiyaların götürülməsindən sonra İran təxminən xarici ölkələrdəki 50 milyard dollar olan hesablarına çıxış əldə edəcək.

İran, həmçinin gün ərzində neft bazarına gün ərzində 500 min barel neft çıxaracaq ki, bu da neft qiymətlərinin kəskin aşağı düşməsi ilə nəticələnə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti