Almaniya Qarabağ münaqişəsinin həllində iştirak edəcək

Almaniya Qarabağ münaqişəsinin həllində iştirak edəcək
  14 Yanvar 2016    Oxunub:2418
Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək.
Bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.

Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti