Neft 15 dollar ola bilər – Rusiyanın maliyyə naziri

Neft 15 dollar ola bilər – Rusiyanın maliyyə naziri
  13 Yanvar 2016    Oxunub:2792
Əgər Rusiya dövlət büdcəsinin xərclərini optimallaşdıra bilməsə, 1998-ci ildə baş verən böhran təkrarlana bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov bildirib.

Maliyyə naziri çıxışı zamanı vurğulayıb ki, neft qiymətlərinin aşağı düşməsi prosesi gələcəkdə də davam edəcək. Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin balanslaşması prosesi gedir və heç kəs istehsalı aşağı salmaq istəmir: “Böyük ehtimalla, biz neft qiymətlərinin daha da aşağı düşməsini müşahidə edə biləcəyik”.

Siluanov qeyd edib ki, özəl sektor bir barel üçün 40-50 dollar səviyyəsinə adaptasiya olmuşdu və indi də 20-30 dollar səviyyəsinə uyğunlaşmaq üçün zaman lazımdır. Onun sözlərinə görə, federal büdcə neftin bir barelə görə 82 dollar olacağı zaman balanslaşa bilər.

Rusiya maliyyə naziri qeyd edib ki, neftin qiymətinin bir barel üçün 15-20 dollar səviyyəsinə düşməsi və bu qiymətin uzun müddəti qalması Rusiya iqtisadiyyatı üçün əsas təhlükədir: “Ən böyük risk bundan ibarətdir ki, neft qiymətləri uzun müddət –illər, onilliklər ərzində aşağı ola bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti