İran ABŞ hərbçilərini azad etdi

İran ABŞ hərbçilərini azad etdi
  13 Yanvar 2016    Oxunub:1587
İran saxladığı ABŞ hərbçilərini azad edib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, amerikalı hərbçilər İranın su sərhədlərini pozduqlarına görə saxlanılmışdı.

İran isə ABŞ-dan dövlət sərhədlərinin pozulmasına görə üzrxahlıq tələb etmişdi.

Qeyd edək ki, ötən gün İran körfəzində ABŞ-ın Hərbi dəniz qüvvələrinə məxsus iki gəmi saxlanılıb. Saxlanılanlardan 9-u kişi, 1-i isə qadın olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti