Ermənistanda `donuz qripi` sürətlə yayılır - 10 ölü
Qeyd edək ki, sonuncu dəfə Ermənistanda Syünik vilayətinin Vaqatun kəndindən gətirilən 10 aylıq Nelli Ovsepyan bu virusdan ölüb. Bununla da Ermənistanda bu virusdan ölənlərin sayı 10-a çatıb.
Xatırladaq ki, Ermənistanda virusa 170 nəfərin yoluxduğu təsdiqlənib. Bundan öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bildirib ki, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib.
Eldar Tanrıverdiyev
AzVision.az