Parlament buraxıla bilər - Prezidentə müraciət

Parlament buraxıla bilər - Prezidentə müraciət
  13 Yanvar 2016    Oxunub:5346
Qazaxıstan parlamentinin deputatları prezident Nursultan Nazarbayevə müraciət edərək qurumun aşağı palatasının vaxtından əvvəl buraxılmasını tələb ediblər.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan hər üç fraksiya birgə bəyanat yayıb.

Bununla bağlı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb və plenar iclasda 103 deputatın hamısı qanun layihəsinin lehinə səs verib.

Qanunvericiliyə əsasən ölkə prezidenti hər iki palatanın sədri, həmçinin baş nazirlə məsləhətləşdikdən sonra parlamentin buraxılması haqda qərar qəbul edə bilər.

Prezident həmin gün növbədənkənar seçkilərin keçiriləcəyi tarixi də açıqlamalıdır.

Növbədənkənar seçkilər qarşıdakı iki ay ərzində keçirilməlidir.

Qeyd edək ki, Qazaxıstanda beşinci çağırış parlamentin fəaliyyəti bu ilin payızında başa çatmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti