Marqvelaşvilidən Zəlimxan Yaqubun vəfatı ilə bağlı başsağlığı
Marqvelaşvili hadisə ilə bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.
Gürcüstan prezidenti mərhum Zəlimxan Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini qeyd edib.
"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin yaydığı məlumatda vurğulanır.
Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: