84 yaşlı milyarder modellə nişanlandı
Merdokun müxtəlif qadınlardan dörd oğlu və iki qızı var.
Cerri Holl öz növbəsində 1970-ci ilin sonundan XX əsrin sonuna qədər rok-musiqiçi, The Rolling Stones qrupunun solisti Mik Cagerrin həyat yoldaşı olub. Cütlüyün dörd uşağı var.
Rupert Merdok 1979-cu ildə News Corporation mediaholdinqini təsis edib. Onun tərkibinə The Wall Street Journal, The Times, The Sun və New York Post qəzetləri daxildir.
Bundan başqa, milyarder Fox News telekanalının və 20th Century Fox teleşirkətinin, eləcə də bir sıra peyk operatorları və Dow Jones informasiya agentliyinin sahibidir. (oxu.az)
Teqlər: