Putin Suriyada yeni dövlət yaratmaq istəyir – Ərdoğan əsəbiləşdi

Putin Suriyada yeni dövlət yaratmaq istəyir – Ərdoğan əsəbiləşdi
  12 Yanvar 2016    Oxunub:4703
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Moskva Suriya ərazisində yeni dövlət yaratmaq niyyətindədir.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Ərdoğan qeyd edib ki, yeni dövlət Latakiya ətrafında (Əsəd ailəsinin qaldığı region, həmçinin Rusiya hərbi bazasının yerləşdiyi ərazi) yaradıla bilər.

Türkiyə lideri, həmçinin İranı Yaxın Şərqdəki münaqişələrdən istifadə edərək Suriya, Yəmən və digər ölkələrdə öz təsir gücünü artırmaqda ittiham edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti