Rusiya Qarabağı Azərbaycana qaytarmaq istəyir – STRATFOR

Rusiya Qarabağı Azərbaycana qaytarmaq istəyir – STRATFOR
  12 Yanvar 2016    Oxunub:6490
2016-cı ildə Ermənistan və Azərbaycan arasında dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar nəzərəçarpacaq dəyişikliklər ola bilər.

AzVision.az xəbər verir ki, bu barədə özəl kəşfiyyat və analitik mərkəzi olan “Stratfor”un hesabatında bildirilir.

Mərkəzin analitikləri hesab edirlər ki, Rusiya Ermənistandan təhlükəsizlik və iqtisadi güzəştlər müqabilində işğal olunan ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmanın əldə olunmasını tələb edir.

“Rusiyanın Cənubi Qafqazda fəaliyyəti Türkiyə və ABŞ-ın diqqətini bu regiona çevirəcək. Çünki bu ölkələr Rusiyanın bu regiona təsirinə qarşı durmağa çağırır. Əgər Dağlıq Qarabağ üzrə danışıqlar uğursuzluğa düçar olsa, onda hərbi əməliyyatların güclənməsini gözləmək olar. Lakin Rusiyanın vasitəçiliyi ilə diplomatik yolla ərazilərin qaytarılması variantı genişmiqyaslı əməliyyatların başlanmasından daha inandırıcıdır”, - deyə hesabatda qeyd olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti