Türkiyədə növbəti terror: 10 ölü, 15 yaralı (Video)

Türkiyədə növbəti terror: 10 ölü, 15 yaralı (Video)
  12 Yanvar 2016    Oxunub:5875
Türkiyədə güclü partlayış baş verib.

AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var.

Səbəbi hələ müəyyən edilməyən partlayış zamanı bir polis maşını aşıb. Hadisə nəticəsində onlarla polis yaralanıb. Mətbuatda yer alan xəbərələrə görə, hadisə canlı bombanın özünü partlatması nəticəsində baş verib.

***

Türkiyə mətbuatının məlumatına əsasən, partlayışda 10 nəfər həlak olub. Partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir.Xəsarət alanlar arasında polislər də var.

Belə ki, partlayış xəbərinin yayılmasından sonra hadisə yerinə gedən polis maşını qəzaya düşüb. Aşan avtomobildəki polislər yüngül yaralanıblar, maşın isə vətəndaşların yardımı ilə qaldırılıb.

***

İstanbulda partlayış nəticəsində 10 nəfərin öldüyü təsdiq edilib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi yayıb.

Valiliyin məlumatına əsasən, partlayış nəticəsində 15 nəfər yaralanıb. Partlayışa səbəb terror aktıdır. Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti