Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar göndərdi
“Ermənistan Respublikasında yerləşən, Rusiyanın Cənub Hərbi Dairəsinin pilotsuz uçan aparatlar bölüyünün silahlanmasına müasir yerli istehsalata məxsus “Taxion” pilotsuz uçan aparatlar silahlanmaya qəbul edilib”, - deyə məlumatda bildirilib.
Yeni pilotsuz aparatların idarəetməsini hərbçilər bir ay müddətində Kamxud və Alaqəz poliqonlarında öyrənəcəklər.
“Taxion” pilotsuz uçan aparatlar gecə və gündüz 40 km məsafədə qoşun kəşfiyyatı üçün nəzərdə tutulub. Pilotsuz aparatlarda video, foto və infraqırmızı kamera quraşdırıla bilər.
Aparatın start çəkisi 25 kq-a qədər, uçuş müddəti isə 6 saata qədərdir. “Taxion” “İjmaş – Pilotsuz sistemlər” müəssisəsində istehsal edilir.
Eldar Tanrıverdiyev
AzVision.az