Hər şeyi əvvəldən səhv etdik – Putindən etiraf

Hər şeyi əvvəldən səhv etdik – Putindən etiraf
  11 Yanvar 2016    Oxunub:32036
Sovet İttifaqının süqutundan, ikinci güc mərkəzi yox olduqdan sonra NATO-nun aparıcı üzvlərində dünyada tək qalmağın verdiyi şah-şöhrət, hakimiyyət və üstünlüyündən həzz almaq istəyi yarandı.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Almaniyanın `Bild` qəzetinə müsahibəsində bildirib.

“Şahlıq etmək istəyirdilər. Taxta oturdular. Bəs sonra? İndi biz böhran vəziyyətini müzakirə edirik”, - deyə Putin vurğulayıb.

Rusiya lideri NATO-nun şərqə doğru genişlənməsini dünya arenasında `Soyuq müharibə” dövrünə xas münasibətlərin qalmasının əsas səbəbi olduğunu qeyd edib.

Putin daha əvvəl heç yerdə nəşr olunmayan, 1990-cı ildə Sovet rəhbərliyi və Almaniya siyasətçiləri arasında baş tutan danışıqları misal gətirib. O, həmçinin həmin vaxt Almaniya Federativ Dövlətində müxtəlif illərdə xüsusi tapşırıqlar və iqtisadi əməkdaşlıq məsələləri üzrə nazir olan Eqon Barın sözlərindən sitat gətirib.

“Həmin illərdə o Avropa siyasətinin patriarxı idi və onun Avropanın gələcəyinə dair fikirləri var idi. Anlayırsınız, o çox ağıllı adam idi. O, bunda (NATO-nun Mərkəzi Avropa və daha da şərqə yayılmamasında) dərin məna görürdü və formatın tamamilə dəyişdirilməsində, `soyuq müharibə`dən kənarlaşmağın vacibliyinə əmin idi”, - deyə Putin danışıb.

“Biz hamımız ilk addımdan hər şeyi səhv etdik, biz Avropanın bölünməsi prosesini aşa bilmədik. 25 il Berlin divarı uçuruldu, lakin Avropanın bölünməsi prosesini dəf edə bilmədik. Görünməz divarların yeri sadəcə şərqə doğru dəyişdirilib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti