`Mən nə gəlin, nə də bəyəm` – Putindən sərt sözlər

`Mən nə gəlin, nə də bəyəm` – Putindən sərt sözlər
  11 Yanvar 2016    Oxunub:9304
Rusiya Qərb ölkələri ilə kompromis axtarmağa hazırdır, lakin dövlətlərarası münasibətlər, insanların münasibətlərindən fərqlənir.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin `Bild` qəzetinə müsahibəsində bildirib.

“Mən dost, gəlin və ya bəy deyiləm. Mən Rusiya Federasiyasının prezidentiyəm”, - deyə Putin qeyd edib.

Prezident xatırladıb ki, hazırda Rusiyanın 146 milyon əhalisi var: “Bu insanların özlərinin maraqları var və mən bunları qorumalıyam”.

Jurnalist Rusiya prezidentinin onun haqqında iki Putinin olmasına dair nəzəriyyədən danışıb: “Birincisi gənc, 2007-ci ilə qədər amerikalılarla, kansler Şröderlə (1998-2005-ci illərdə Almaniya kansleri) həmrəy olan və 2007-ci ildən meydana çıxan başqa Putin”.

Jurnalist xatırladıb ki, 2000-ci ildə Putin Avropa ilə konfrontasiya istəyib və bunun qarşısını almaq üçün əldən gələni etməyə dair çağırışlar edib. Lakin indi Qərb və Rusiya arasında münasibətlər kəskinləşir: “Sizə birbaşa sual vermək istəyirəm. Əvvəlki Putini nə vaxt görə biləcəyik?”

“Mən heç vaxt dəyişməmişəm. Birincisi, mən indi də özümü gənc hesab edirəm. Mən Şröderlə dost idim və indi də dost olaraq qalıram. Heç nə dəyişməyib”, - deyə Putin cavab verib.

Hazırkı Almaniya kansleri Angela Merkellə münasibətlərindən danışan Rusiya lideri ona hörmət etdiyini qeyd edib: “O, çox dürüst, professional adamdır. Mənə elə gəlir ki, qarşılıqlı etimad səviyyəsi olduqca yüksəkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti