Azərbaycan - Rusiya sərhədində izdiham

Azərbaycan - Rusiya sərhədində izdiham
  11 Yanvar 2016    Oxunub:2988
Bu gün saat 12 radələrindən etibarən Samur gömrük postundan Rusiya Federasiyasına gedənlərin böyük izdihamı müşahidə olunub.
Samur gömrük postunu keçərək Rusiyaya getmək istəyən vətandaşlardan biri-Fərid Mütəllimovun verdiyi məlumata görə, hazırda Samur gömrük postundan insanlar bir-bir yoxlanıldıqdan sonra, maşınlar isə tam sərbəst şəkildə problemsiz buraxılır. Buna görə də gömrükdə sıxlıq yaranıb.

Samur gömrük postunun rəis müavini Cavid Nadirovun sayta verdiyi məlumata görə, keçid buraxılış məntəqəsində yaranan sıxlıqa səbəb Gürcüstan sərhəddindəki postda baş vermiş qar uçqunudur.

Buna görə, o istiqamətdə olan bütün nəqliyyat vasitələri və vətəndaşlar Samur postuna üz tutublar. Bu səbəbdən Samur gömrük postunda insan sıxlığı müşahidə olunur.

Cavid Nadirovun sözlərinə görə, yaxın saatlarda bütün sıxlıq tamamilə aradan qaldırılacaq. (Ans)


Teqlər:





Xəbər lenti