Türk nazir viza xəbərini təkzib etdi

Türk nazir viza xəbərini təkzib etdi
  10 Yanvar 2016    Oxunub:3193
2016-ci il iyunun 1-dən Türkiyənin 89 ölkə ilə viza rejiminin qaytarılacağı barədə məlumat əsassızdır.
Bunu ölkənin Avropa İttifaqı işləri naziri Volkan Bozkır deyib.

"Biz çalışırıq ki, vətəndaşlarımız 2016-ci ilin oktyabr ayından Şengen zonası ölkələrinə vizasız səfər edə bilsinlər və bu istiqamətdə də işi davam etdiririk. Bu məlumat həqiqətə uyğun deyil. Səlahiyyətli orqanlarının bəyanatlarına etibar etmək lazımdır", deyə Bozkır bildirib.

Qeyd edək ki, daha öncə Türkiyənin bir sıra KİV-ləri məlumat yaymışdılar ki, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək. (trend)


Teqlər:





Xəbər lenti