İstanbulda xüsusi əməliyyat: 700 nəfər tutuldu

İstanbulda xüsusi əməliyyat: 700 nəfər tutuldu
  09 Yanvar 2016    Oxunub:2159
İstanbulda polis əməliyyat keçirib, 700 nəfər saxlanılıb.
İstanbulun Şişli bələdiyyəsində qumar oyunlarının keçirildiyi ehtimal olunan ünvanlara baxış keçirilib. Məlum olub ki, beşmərtəbəli binanın hər mərtəbəsində qumarxana fəaliyyət göstərir.

Həmçinin Mahmud Şövkət Paşa məhəlləsində də müxtəlif ünvanlarda qumar oynanıldığı ortaya çıxıb. Əməliyyat yerli vaxtla 21:30-da başlanıb.

Əməliyyata Terrorla Mübarizə, Çevik Polis alayı və digər qüvvələr cəlb olunub.

Ümumilikdə 5 ünvana baş vuran polis 700 nəfəri saxlayıb. Əməliyyat 4 saat davam edib. Aşkar edilən qumarxanaları möhürlənib.


Teqlər:





Xəbər lenti