Qaçqınlar qəzaya düşdü: 8 ölü, 42 yaralı

Qaçqınlar qəzaya düşdü: 8 ölü, 42 yaralı
  09 Yanvar 2016    Oxunub:2775
Türkiyədə qaçqınları daşıyan sərnişin avtobusu aşıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hadisə Balıkesirin Havran vilayətində qeydə alınıb. Belə ki, idarəetməni itirən sürücü avtobusu divara çırpıb. Sürət həddi yüksək olduğuna görə, divara çırpılan avtobus aşıb.



Hadisə nəticəsində sürücü daxil olmaqla 8 nəfər ölüb, 42 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.



İlkin Nəcəfzadə

AzVision.az


Teqlər:  





Xəbər lenti