Rusiya telekanalından Azərbaycana qarşı təxribat - VİDEO

Rusiya telekanalından Azərbaycana qarşı təxribat - VİDEO
  08 Yanvar 2016    Oxunub:19206
Rusiyanın “LifeNews” internet telekanalının əməkdaşı Yelizaveta Xramtsova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib.
AzVision.az məlumatına görə, jurnalist reportajı Dağlıq Qarabağın özünü müstəqil elan etməsinin 25 illiyi ilə əlaqədar hazırlayıb.

O, Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən de-yure tanınmadığını vurğulayaraq reportajında bu əraziləri "de-fakto dövlət" adlandırıb.

Reportajda müəllif Dağlıq Qarabağda sənayenin inkişafından söz açaraq hazırlanan məhsulların üzərinə “Ermənistanda hazırlanıb” etiketi yapışdırmaq üçün İrəvana göndərildiyini söyləyib. O, işğal altındakı torpaqlarda qızıl yataqlarının, tikinti materiallarının zənginliyindən də danışıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti