İŞİD-çi öz anasını edam etdi
Məlumata əsasən, hadisə 40 yaşlı qadının öz oğluna İŞİD-ın sıralarını tərk etməsi və Rakkadan qaçmasına dair tövsiyəsindən sonra baş verib. Belə ki, gənc anasının dediklərini qruplaşmanın yerli rəhbərliyinə çatdırıb və qadın dərhal saxlanılıb.
Daha sonra oğul anasını şəhər meydanında, onun işlədiyi poçt şöbəsinin qarşısında edam edib.
Eldar Tanrıverdiyev
AzVision.az