Konqresin Komitə sədri Qarabağa görə Uorliki danlayıb

Konqresin Komitə sədri Qarabağa görə Uorliki danlayıb
  08 Yanvar 2016    Oxunub:3429
ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorliklə keçirilən məxfi brifinq zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitə sədri Ed Roys Obama Administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Eliot Engel ilə birlikdə irəli sürdüyü təkliflərin tətbiqini sürətləndirməyə çağırıb.

Xarici İşlər üzrə Komitə tərəfindən təşkil edilən brifinqdə Nümayəndələr Palatasının onlarla üzvü iştirak edib. Görüşdə komitənin sədri Roys bildirib ki, onillərdir ki, Dağlıq Qarabağda zorakılıq həddi ən yüksək səviyyədədir: “Hələ ötən ay ağır silahlar və tanklarla hücumlar edildiyi haqda xəbərlər çıxdı. Bu isə atəşkəs razılaşmasının açıq şəkildə pozulması deməkdir. Səfir Uorlikin qeyd etdiyi kimi bu münaqişə ‘donmuş’ yox, ‘unudulmuş’, hər an nəzarətdən çıxa biləcək bir münaqişədir. Buna görə də, snayperlər geri çəkilməli, sözügedən bölgəyə daha çox beynəlxalq müşahidəçi göndərilməli, hər bir sərhəd pozulması halına görə şəffaflıq və cavabdehliyi artırmaq üçün açılan atəşə görə axtarış sistemləri yerləşdirilməlidir. Təcavüz aktları açıq şəkildə pislənilməlidir. Administrasiya bunları nə qədər tez həyata keçirərsə, o qədər tez qırğınlara son qoya və müharibənin qarşısını ala bilər”.

Qeyd edək ki, oktyabrın 26-sı Komitə Sədri Roys və Demokrat Eliot Engelin təşəbbüsü ilə Ceyms Uorlikə həmkarlarının 80-i tərəfindən imzalanmış məktub ünvanlanıb. Məktubda üç konkret addım atılması təklif edilib: snayperlərdən istifadənin dayandırılması, ATƏT müşahidəçilərinin artırılması və təmas xətti boyu atəşin mənbəyini aşkarlayan sistemlərin yerləşdirilməsi.

Xarici İşlər üzrə Komitə Sədri Roys Komitənin Səfir Uorliklə brifinq keçirmək niyyətini ilk dəfə Dağlıq Qarabağın sülh öhdəliyinə həsr olunmuş, 9 dekabr tarixində keçirilən mərasimdə qeyd edib. Tədbirdə “Nəyə görə snayperlər geri çəkilmir? Nəyə görə hələ də atəş mənbəyini aşkarlayan sistemlərdən istifadə etməyə başlamamışıq?” kimi suallar verib.

AzVision.az


Teqlər:





Xəbər lenti