Bülənt Ərsoy `donuz qripi`nə yoluxub
“Hazırda Bülənt Ərsoy da bu viruslardan birinə yoluxub. Vəziyyəti ciddi olduğu üçün xəstəxanaya apardıq. Həkimlər analiz nəticələrinin cavabı çıxana kimi onun xəstəxanada qalmasını məsləhət gördü. Hələlik səhhəti yaxşıdır. Analizlər də verilib. Hazırda cavab gözləyirik. “Donuz qripi” riski də ola bilər. Çünki müğənninin 40 dərəcə tempraturu var. Həm də öskürür. Bu gün çıxan təhlillər nəticəsində diaqnoz qoyulacaq”.
Bülənt Ərsoyun yaxın rəfiqəsi Oya Aydoğan da məsələyə münasibət bildirərkən deyib ki, divanın “donuz qripi”nə yoluxması ehtimalı yüksəkdir.
Teqlər: