Səudiyyə Ərəbistanı İran səfirliyini bombaladı

Səudiyyə Ərəbistanı İran səfirliyini bombaladı
  07 Yanvar 2016    Oxunub:5977
Səudiyyə Ərəbistanın aviasiyası Yəmənin paytaxtı Sana da yerləşən İran səfirliyinə aviazərbələr endirib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İran dövlət kanalları yayıb. Məlumatda deyilir ki, hadisə nəticəsində diplomatik nümayəndəliyin bir neçə əməkdaşı yaralanıb.

Qeyd edək ki, şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam olunması İranda kütləvi iğtişaşlara səbəb olub. Bundan sonra iranlılar Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik nümayəndəliklərinə hücum edilib.

Hadisədən dərhal sonra Səudiyyə Ərəbistan, Bəhreyn, Sudan və Küveyt İranla diplomatik münasibətləri kəsdiyini bəyan ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti