`Səudiyyə şiə-sünni müharibəsini qızışdırır` - Ruhani

`Səudiyyə şiə-sünni müharibəsini qızışdırır` - Ruhani
  06 Yanvar 2016    Oxunub:2764
“Təəssüf ki, Səudiyyə Ərəbistanı hökuməti şiə və sünni müharibəsini yaratmağa və qızışdırmağa çalışır”.
Bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı dünyada İranofobiyanı təbliğ edir: `Səudiyyə Ərəbistan rəhbərliyi regionda terrorizmi həm maliyyə, həm də silahla təchiz edir. Bundan başqa Yəmən xalqına qarşı hava hücumları təşkil edir. Bura İraq və Suriya hökumətlərinin qələbəsinin qarşısında maneçilik törətməsini də göstərə bilərik. Bu işlərin hamısı şiə və sünnilər arasında ayrı-seçkilik yaratmaq və regionda problemləri daha da dərinləşdirmək məqsədi ilə görülür`

İran prezidenti şiələrinin rəhbəri Şeyx Nimr əl-Nimrin edamının səbəsiz olmadığını diqqətə çatdırıb: `O, hökuməti tənqid etdiyi üçün həbs edilib və edama məhkum olunub`.

H. Ruhani əlavə edib ki, bu gün də nüvə sazişinin əleyhinə müxtəlif planlar həyata keçirirlər: “İran əngəllərə baxmayaraq, prosesi davam etdirir. Sanksiyalar ləğv olunacaq və ölkə iqtisadiyyatında çiçəklənmənin şahidi olacağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti