Gürcüstan pullarını dəyişir

Gürcüstan pullarını dəyişir
  06 Yanvar 2016    Oxunub:5851
Gürcüstan Milli Bankı bu ilin fevralında dövriyyəyə yeni 20, 50 və 100 lari əsginasları buraxacaq.
AzVision.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Bankın prezidenti Georgi Kadaqidze bildirib.

Kadaqidzenin sözlərinə görə, yeni əsginaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq. Milli Bankdan bildirilib ki, yeni əsginaslar lazımi dərəcədə müdafiə olunur, hətta görmə qüsuru olanlar üçün də ayrıca elementlər həkk edilib.

Yeni pulların dizayneri Baçana Malazoniyadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti