Neft 34 dollara düşdü

Neft 34 dollara düşdü
  06 Yanvar 2016    Oxunub:3202
Dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması prosesi davam edir.
AzVision.azxəbər verir ki, Bakı vaxtı ilə saat 14:30-da ABŞ-ın WTI markalı neftin qiyməti 34,88 dollar/barel olub.

London Fond Birjasında isə "Brent" markalı neftin qiyməti isə 34,90 dollar/barelə düşüb.

Neft qiymətlərinin kəskin aşağı salmasına səbəb Səudiyyə Ərəbistanının fevral ayı üçün Avropaya neftin satış qiymətini aşağı salması olub. Şirkət ərəb yüngül neftinin Avropaya satış qiymətini yanvar ayına görə 0,60 dollar salaraq BWAVE -4,85 dollar/barel (orta ölçülmüş qiymət) olaraq müəyyənləşdirib.

`Aramco`şirkəti ərəb yüngül neftinin Asiyaya satışı üçün rəsmi qiymətini Umman/dubai neftinin orta hesabla qiyməti 0,80 dollar/bareldən aşağı olaraq müəyyən edib. Asiyaya satış qiyməti isə yanvar ayı üçün 60 sent/barel yüksəlib.

Ərəb yüngül neftinin ABŞ-a satış qiyməti isə ASCI + 0,15 dollar/barel olaraq sabit qalıb.

Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 34 dollar 12 il əvvəl olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti