Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsindən biridir - SİYAHI
AzVision.az xəbər verir ki, bunu `Gallup` analitik şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrinə əsasən Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir. Belə ki, bu ölkədə rəyi soruşulanların 85% xoşbəxt olduğunu bildirib. İkinci və üçüncü yerdə 82%-lik göstərici ilə Fici və Səudiyyə Ərəbistanı, daha sonra Azərbaycan (81%), Vyetnam (80%), Argentina və Panama (79%) gəlirlər.
Azərbaycanda rəyi soruşulan respondentlərin 33%-i 2016-cı ilin əvvəlki ildən daha yaxşı olacağını bildirib. 19% pessimist proqnoz, 23% isə bu məsələdə neytrallığını ifadə edib.
Respublikada iqtisadiyyatın inkişaf perspektivləri barədə sualı cavablandıran respondentlərin 36%-i vəziyyətin yaxşılacağını, 21% vəziyyətin pisləşəcəyini bildirir. Rəyi soruşulanların 11%-i isə iqtisadiyyatın əvvəlki səviyyədə olacağını qeyd edib.
Sorğuda iştirak edənlərin 66%-i öz həyatından razı olduğunu, 23%- xoşbəxt, 10%-i isə xoşbəxt olmadığını vurğulayıb.
Sorğuya əsasən İraq əhalisi özünü ən az xoşbəxt hiss edən millətdir. Ümumilikdə sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondent iştirak edib.
Eldar Tanrıverdiyev
AzVision.az