Ermənistan parlamentində gizli Qarabağ toplantısı

Ermənistan parlamentində gizli Qarabağ toplantısı
  19 Noyabr 2015    Oxunub:3098
Ermənistan parlamentində deputatların Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla qapalı görüşü keçirilir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüşdə xarici əlaqələr üzrə komissiyanın, AŞPA nümayəndə heyətinin üzvləri, həmçinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komitəsinin rəhbəri Koryun Naapetyan iştirak edirlər.

Qapalı toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-u İrəvana etdiyi səfəri Ermənistanda təşvişə səbəb olmuşdu. Səfərdən sonra Moskvanın Dağlıq Qarabağ ətrafında bir neçə rayonu Azərbaycana qaytarması ilə bağlı yayılan xəbərlər erməniləri qorxuya salıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti