İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu
  19 Noyabr 2015    Oxunub:1944
Rusiyanın Federal Təhlükəsizlik Xidməti İŞİD sıralarına qoşulmaq istəyən iki nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, İvanov vilayətində keçirilən əməliyyatda həbs edilənlərdən birinin azərbaycanlı olduğu qeyd edilir. Şərti adı “Əli” kimi qeyd olunan azərbaycanlı gənc sosial şəbəkədə dostları ilə Suriyada baş verən hadisələr barədə yazaraq Suriyaya getməyi planlaşdırdığını bildirib.

Digər şəxs isə “Domodedovo” aeroportundan Qətərə uçmaq istəyərkən saxlanılıb. Onun ali məktəb tələbəsi olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti