Parisdəki terrorun yeni görüntüsü - Video

Parisdəki terrorun yeni görüntüsü - Video
  19 Noyabr 2015    Oxunub:2708
Fransada törədilən terror aktlarının yeni görüntüləri yayımlanıb.
AzVision.az xəbər verir ki, təhlükəsizlik kamerasındakı görüntülərdən bəlli olur ki, kafeyə hücum edən terrorçular qarşılarına çıxan hər kəsə atəş açırlar. Kadrlardan aydın görünür ki, İŞİD terrorçuları kafeyə daxil olmurlar. Onlar binanı çöldən atəşə tutublar. Bu zaman kafedə olan müştərilər və işçilər canlarını xilas etmək üçün stolların altında gizlənməyə çalışırlar.

Daha sonra iki qadının başına silah tutan terrorçular polislərin müdaxiləsindən sonra atəş aça bilmirlər.

Görüntüdə eyni zamanda kafedə əyləşən şəxslərin hadisə yerindən qaçmağı və ofisiantın yaralanan yaşlı qadını güllədən qorumağa çalışması əks olunub. Qeyd edək ki, terroçuların kafeyə hücumu nəticəsində 15 nəfər ölüb.




Teqlər:  





Xəbər lenti