ABŞ İŞİD-ə yardım edir – “Guardian” qəzeti

ABŞ İŞİD-ə yardım edir –  “Guardian” qəzeti
  19 Noyabr 2015    Oxunub:2308
ABŞ uçan pilotsuz aparatların (UPA) aviazərbələri Suriyada dinc sakinləri öldürür və İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatına yardım edir.
AzVision.az “Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə 4 sabiq hərbçinin ABŞ prezidenti Barak Obamaya göndərdiyi məktubda bildirilir.

Onların sözlərinə görə, “nifrət hissi aşılayan”, həmçinin İŞİD üçün yeni tərəfdar yığmaq alətinə çevrilən bu hərbi taktika yenidən nəzərdən keçirilməlidir.

Ekspertlər qeyd edirlər ki, UPA-la günahsız dinc sakinlərin öldürülməsi dünyada terrorizmin və qeyri-sabitliyin” dağıdıcı güclərindən birinə çevrilib.

“Biz UPA proqramının həm xaricdə, həm də daxildə necə dağıdıcı fəsadları törətdiyini bilə-bilə sakit dayana bilmərik”, - deyə məktubda qeyd olunur.

Məqalə müəllifi qeyd edib ki, UPA proqramı işə salındıqdan dərhal sonra müəyyən narahatlıqlar doğurmağa başlayıb. Gizli məlumatlara əsasən, UPA-ların endirdiyi aviazərbələrin 90%-i hədəf seçilən obyektlərə düşmür. Belə olan halda isə naməlum qurbanlar rəsmi sənədlərdə “düşmənlə döyüş zamanı ölənlər kimi” qeyd olunur.

Dörd hərbçidən biri Brendon Brayant vurğulayır ki, o, UPA texnologiyalarının tətbiqinə qarşı deyil: “Biz sadəcə anlayırıq ki, hazırki qaydada bu proqramdan istifadə düzgün deyil. Çünki burada şəffaflıq yoxdur və biz digər həll yollarına açıq olmalıyıq”.

Ekspertlər qeyd edirlər ki, proqram uğursuzluğa düçardır. Çünki dinc sakinlər arasında xeyli insanın ölümü ilə nəticələnir, həmçinin ABŞ qarşı nifrətin artmasına səbəb olur.

Məlumatda qeyd olunur ki, Obamanın prezidentliyi dövründə UPA-ların endirdiyi aviazərbələrin sayı artıb. Bu arada 2019-cu ildə Pentaqon dronların gündəlik reyslərinin 50%-ə qədər artırmağı planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti