Paris terroru `WhatsApp` və `Playstation` ilə hazırlanıb

Paris terroru `WhatsApp` və `Playstation` ilə hazırlanıb
  19 Noyabr 2015    Oxunub:5230
Sosial media ekspertləri iddia edirlər ki, İŞİD Fransadakı terror aktını “Vatsapp” və “Pleysteyşn-4” vasitəsilə müzakirə edərək, planlaşdırıblar.

`Deutsche Welle` bildirir ki, İŞİD öz istəklərini reallaşdırmaq üçün informasiya texnolgiyalarından sıx istifadə edir. Məsələyə toxunan sosial media eksperti Ceym Bartlett qeyd edib ki, xüsusi xidmət orqanları bu haqda daha dərindən düşünməlidirlər.

`Terrorçular görəcəkləri işlə bağlı əvvəlcə müxtəlif elektron vasitələrlə bir-birlərilə şifrələnmiş bağlantı qururlar. Böyük ehtimalla belə vasitələrdən biri də Tor veb-brauzeri, eləcə də müxtəlif messencerlər ola bilər. Belədə mesajlaşmalardan gec xəbər tutulur, ya xüsusi xidmət orqanları bunu aşkarlayana kimi iş-işdən keçmiş olur”,- deyə ekspertlər bildirir.

Belçikada keçirilən anti-terror əmliyyatı zamanı bu işləri görən şübhəlilər həbs olunub, onların `Vatsapp` üzərindən bağlantı qurduqları ortaya çıxıb. Paris şəhərindəki terror olayından 3 gün öncə Belçikanın daxili işlər naziri Jan Jambon bildirib ki, terrorçular öz məqsədlərini reallaşdırmaq üçün “Playsteyşn-4”-dən istifadə edirlər, çünki onun şifrələnməsi heç kəsin diqqətini çəkmir, həmçinin kodların cözülməsi daha qəlizdir.

Bu sahənin biliçilərinə görə, belə vasitələrlə terrorçuların öz aralarında əlaqə qurması, güman ki, sözügedən texnologiyada gizliliyin daha etibarlılı olmasından irəli gəlir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti